0
Sunday 19 December 2021 - 13:48

Çavuşoğlu: Bəziləri Türkiyə-Rusiya münasibətlərini pozmağa cəhd edir

Story Code : 969254
Çavuşoğlu: Bəziləri Türkiyə-Rusiya münasibətlərini pozmağa cəhd edir
Bu gün Rusiyanın Ankaradakı səfiri olmuş Andrey Karlovun öldürülməsinin 5-ci ildönümü (19 dekabr 2015-ci il) münasibətilə çıxış edən Türkiyənin xarici işlər naziri bildirib ki, bəzi “güc mərkəzləri” Türkiyənin Rusiya ilə münasibətlərini ləkələməyə çalışır.

Çavuşoğlu, Sputnik-ə müsahibəsində bildirib ki, Rusiya səfirinin öldürülməsindən sonra bəzi güc mərkəzlərinin Türkiyənin Rusiya ilə münasibətlərini pozmağa çalışdığı aydın olub. O Ankara ilə Moskva arasında münasibətlərin daha da möhkəmlənməsini Andrey Karlovu yad etmək üçün, ona ehtiram göstərmək üçün ən yaxşı yol adlandırıb.

Türkiyənin xarici işlər naziri qeyd edib ki, Rusiya səfirinin öldürülməsindən sonra Rusiya ilə ikitərəfli münasibətlərdə köklü dəyişikliyə şahid olmuşuq. İki ölkə arasında münasibətlərin bütün sahələrdə, xüsusilə ticarət, enerji, mədəniyyət və s. sahələrdə inkişaf etdirilməsi prosesi bu gün də davam edir.