0
Sunday 19 December 2021 - 14:13

Yəmən Səudiyyə Ərəbistanı ərazisinə PUA-larla hücum etdi

Story Code : 969256
Yəmən Səudiyyə Ərəbistanı ərazisinə PUA-larla hücum etdi
"Əl-Cəzirə" xəbər verir ki, Yəmən ordusu və xalq komitələri Səudiyyə Ərəbistanın təcavüzkar koalisiyasına pilotsuz təyyarələrlə zərbələr endirib.

Son əməliyyatda Səudiyyə Ərəbistanının cənubundakı hərbi bazalar kamikadze PUA-larla hədəf alınıb. Səudiyyə koalisiyası isə Yəmənə məxsus PUA-nın ölkədəki əhəmiyyətli hərbi bazalara zərbə endirməzdən öncə zərərsizləşdirildiyini iddia edib.

Son günlər Yəmən ordusu və xalq komitələri Səudiyyə rejimi işğalçı qüvvələrinə ağır məğlubiyyətlər yaşadıb. Yəmən ordusunun rəsmisi Sputnik-ə müsahibəsində bildirib ki, Yəmən qüvvələri Əl-Yətme bölgəsinin strateji ərazilərinin böyük bir hissəsini və Əl-Cəvf əyalətinin Xab əş-Şaf məntəqəsinin mərkəzini və ətrafdakı bütün yüksəklikləri nəzarətə götürə biliblər.