QR CodeQR Code

Azərbaycan və İranın xarici işlər nazirləri görüşüblər

20 Dec 2021 02:14

İslamTimes: İslam Əməkdaşlıq Təşkilatının Toplantısı çərçivəsində Hüseyn Əmir Abdullahiyan Ceyhun Bayramovla görüşüb.


İslamabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

SalamNews xəbər verir ki, görüş zamanı tərəflər münasibətlərin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə ediblər, həmçinin iki ölkə arasında əməkdaşlıqla bağlı son hadisələri müzakirə ediblər.
Görüş zamanı Azərbaycan Respublikasının xarici işlər naziri İran İslam Respublikasının xarici işlər nazirini yenidən Bakıya səfərə dəvət edib.


Story Code: 969324

News Link :
https://www.islamtimes.org/az/news/969324/azərbaycan-və-iranın-xarici-işlər-nazirləri-görüşüblər

Islam Times
  https://www.islamtimes.org