QR CodeQR Code

Türkiyə və İranın XİN rəhbərləri Taliban XİN başçısı ilə görüşüblər

20 Dec 2021 08:55

İslamTimes: Türkiyə və İranın XİN rəhbərləri ilk dəfə olaraq Taliban hökumətinin xarici işlər nazirilə görüşüblər


Mövlud Çavuşoğlu və Hüseyn Əmir-Abdullahiyan Taliban hökumətinin xarici işlər naziri Əmir-Xan Müttəqi ilə görüşüblər.

SalamNews xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid rəsmi tvitter hesabında yazıb.

Bildirilib ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslamabadda İslam Əməkdaşlıq Taşkilatının iclası çərçivəsində Taliban hökumətinin XİN rəhbəri Əmir-Xan Müttəqi ilə görüşüblər.

Tərəflər bu görüşlərdə Əfqanıstanda mövcud vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, İslamabadda İƏT-nın xarici işlər nazirləri müstəvisində keçirilən fövqəladə iclasın nəticələrindən biri olaraq Əfqanıstana dəstək üçün quruma üzv dövlətlər tərəfindən fond yaradılıb.


Story Code: 969343

News Link :
https://www.islamtimes.org/az/news/969343/türkiyə-və-iranın-xin-rəhbərləri-taliban-başçısı-ilə-görüşüblər

Islam Times
  https://www.islamtimes.org