0
Monday 20 December 2021 - 09:46

Pentaqon qətlə yetirdiyi mülki vətəndaşların sayını gizlədir

Story Code : 969353
Pentaqon qətlə yetirdiyi mülki vətəndaşların sayını gizlədir
“The New York Times” yazır ki, İraq, Suriya və Əfqanıstanda ABŞ-ın qeyri-dəqiq əməliyyatları və yetərsiz, dəqiqləşdirilməmiş məlumatlarla həyata keçirdiyi hava hücumları nəticəsində uşaqlar da daxil olmaqla minlərlə mülki şəxs həlak olub.

Qəzet Pentaqonun məxfi arxivindən olan 1311 sənədi araşdıraraq belə nəticəyə gəlib ki, dinc əhali arasında itkilər ABŞ ordusunun elan etdiyindən qat-qat çoxdur. Pentaqon iddia edib ki, İraq və Suriyada 1417 mülki şəxs, Əfqanıstanda isə 188 nəfər dinc sakin "yanlışlıqla" ABŞ ordusu tərəfindən qətlə yetirilib. Halbuki, məxfi sənədlər bu rəqəmlərin həqiqəti əks etdirmədiyini göstərir.

Qəzet qeyd edir ki, mülki şəxslərin ölümləri çox vaxt mülki vətəndaşların terrorçularla səhv salınması və ya hədəfə alınan binalarda mülki şəxslərin olub-olmadığının araşdırılmaması nəticəsində baş verir.

Dəhşətlisi isə burasındadır ki, ABŞ mülki şəxslərin qətlə yetirilməsinə görə zərrə qədər narahat deyil, bu cinayətlərə görə hərbçilərdən kimsə cəzalandırılmır və oxşar hallar dəfələrlə təkrarlanıb.