0
Monday 20 December 2021 - 10:29

Səudiyyə Ərəbistanının bir neçə şəhəri raket atəşinə tutulub

Story Code : 969358
Səudiyyə Ərəbistanının bir neçə şəhəri raket atəşinə tutulub
Əl-Aləm Xəbər Şəbəkəsinin Səudiyyə mənbələrinə istinadən verdiyi xəbərə görə, Yəmən qüvvələrinin raket hücumundan sonra Səudiyyə Ərəbistanının Cizan və Xamis Məşit şəhərlərində bir neçə partlayış səsi eşidilib.

Yəmənin "Əl-Aləm Əl-Hərbi" informasiya şəbəkəsinin verdiyi xəbərə görə, əməliyyat zamanı Səudiyyə Ərəbistanının bir neçə şəhəri ballistik raketlər və PUA-larla hədəfə alınıb.

Məlumatlara görə, Əl-Cizan hava limanına uçuşlar dayandırılıb və bir sıra təyyarələrin hava limanına enməsinə icazə verilməyib.

Səudiyyə Ərəbistanına bağlı xəbər mənbələri həmçinin Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sisteminin Əbha Beynəlxalq Hava Limanına uçan iki PUA-nı təsbit edərək vurduğunu iddia edib.