QR CodeQR Code

İran nüvə danışıqlarında ABŞ-la birbaşa dialoqa münasibət bildirib

20 Dec 2021 13:56

İslamTimes: “İranla ABŞ arasında birbaşa danışıqlar keçirilməyib və mesajlar Avropa tərəfinin koordinatoru vasitəsilə ilə ötürülür.”


SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

İran rəsmisi bu gün keçirilən mətbuat konfransında Vyanda nüvə sazişinin bərpası ilə bağlı aparılan danışıqların vəziyyətindən danışıb və bu müzakirələrdə ABŞ-la birbaşa dialoqun olmasını təkzib edib.

O bildirib ki, tərəflərin bir-birinə mesajları Avropa tərəfinin koordinatoru vasitəsilə ötürülür.

S. Xətibzadə həmçinin əlavə edib ki, nüvə danışıqlarının davamı yeni il tətilindən sonra olacaq.


Story Code: 969379

News Link :
https://www.islamtimes.org/az/news/969379/iran-nüvə-danışıqlarında-abş-la-birbaşa-dialoqa-münasibət-bildirib

Islam Times
  https://www.islamtimes.org