0
Tuesday 21 December 2021 - 00:12

Boris Conson: “Omicron ştamı Londonda kəsin şəkildə artıb”

Story Code : 969475
Boris Conson: “Omicron ştamı Londonda kəsin şəkildə artıb”
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Baş nazir Boris Conson bugün Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.

Baş nazir bildirib ki, hazırda yeni məhdudiyyətlər tətbiq edilməyəcək, lakin lazım gələrsə, hökumət hərəkətə keçməkdən çəkinməyəcək.

Boris Conson, həmçinin, 15 may 2020-ci il tarixində onun karantin qaydalarını pozmağına dair "Guardian" nəşrinin yaydığı iddialara da cavab verərək diqqətə çatdırıb ki, bu iclas iş xarakterli olub, hazırda ən əsası Omicronla bağlı məsələlərə diqqət çəkmək lazımdır.