QR CodeQR Code

Aİ fələstinlilərin Şeyx Cərrahdan zorla köçürülməsinə qarşıdır

إسلام تايمز , 21 Dec 2021 09:32

İslamTimes: Avropalı diplomatlardan ibarət nümayəndə heyəti sionist rejimin fələstinliləri doğma torpaqlarından zorla köçürmək istədiyi işğal olunmuş Qüdsün Şeyx Cərrah məhəlləsinə baş çəkiblər.


Avropa İttifaqı üzvü olan Kanada və İsveçrədən olan 20 diplomatdan ibarət nümayəndə heyəti bazar ertəsi günü işğal altındakı Qüdsün Şeyx Cərrah məhəlləsinə səfər ediblər. Onlar işğalçı İsrail rejiminin bu məhəllə sakinlərinə qarşı təcavüzü ilə bağlı məlumatlandırılıblar.

Avropalı diplomatlar məcburi köç riski üz-üzə olan fələstinli ailələrlə də görüşüb.

Avropa Birliyinin (Aİ) Fələstin üzrə nümayəndəsi Sven Kühn von Burgsdorff səfərdən sonra mətbuat konfransında deyib ki, Aİ-nin mövqeyi İsrailin qanunsuz şəhərsalma fəaliyyətinə qarşıdır, çünki bu, beynəlxalq hüquqa ziddir və İsrailin beynəlxalq öhdəliklərini pozması deməkdir.

“Ərəb 48” saytının məlumatına görə, o, sionist rejimi fələstinli ailələrin Şeyx Cərrah məhəlləsindən və ümumilikdə işğal altındakı Qüds şəhərindən məcburi köçürülməsini dayandırmağa çağırıb.


Story Code: 969510

News Link :
https://www.islamtimes.org/az/news/969510/ai-fələstinlilərin-şeyx-cərrahdan-zorla-köçürülməsinə-qarşıdır

Islam Times
  https://www.islamtimes.org