0
Tuesday 21 December 2021 - 19:10

İranın XİN rəhbəri Yəməndəki səfirin ölümünə görə bəzi dövlətlərə xəbərdarlıq edib

Story Code : 969615
İranın XİN rəhbəri Yəməndəki səfirin ölümünə görə bəzi dövlətlərə xəbərdarlıq edib
SalamNews İSNA-a istinadla xəbər verir ki, İranın xarici işlər naziri bu barədə XİN-də keçirilən anım mərasimində deyib.

Səudiyyə Ərəbistanı koalisiyası tərəfindən Yəmənin hava məkanının bağlanmasına görə İrana gec gətirilməsi nəticəsində koronavirusdan vəfat edən səfirin həyat fəaliyyətindən danışan Hüseyn Əmir Abdullahian bildirib ki, İran bu zülmü yaddan çıxarmayacaq.

“Şəhid Həsən Ayarlunun ölkəyə gətirilməsində edilən zülmü heç vaxt yaddan çıxarmayacağıq”, deyə İran XİN rəhbəri bildirib.

Qeyd edək ki, koronavirusa yoluxan səfirin gətirilməsi üçün Oman Sultanlığı və İraq vasitəçilik etmiş, Lakin Səudiyyə Ərəbistanın bir neçə gündən sonra icazə verməsilə Həsən Ayarlu İraq təyyarəsilə Yəməndən çıxarılmışdı.