0
Tuesday 21 December 2021 - 20:22

Putin ABŞ-ı beynəlxalq müqavilələrdən asanlıqla çıxmaqda ittiham edib

Story Code : 969622
Putin ABŞ-ı beynəlxalq müqavilələrdən asanlıqla çıxmaqda ittiham edib
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı deyib.

Prezident Putin Moskvanın NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasından narahatlığını bildirib.

“Bununla bağlı mən ABŞ Prezidentinə konkret sazişlərin hazırlanması üçün danışıqlara başlamağı təklif etdim. Yeri gəlmişkən, söhbət zamanı ABŞ Prezidenti bu məsələ üçün məsul işçilər təyin etməyi təklif etdi”, - deyə Rusiya lideri bildirib.

O deyib ki, Moskva NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmaması ilə bağlı ABŞ-dan dəqiq hüquqi qüvvəyə malik təhlükəsizlik zəmanəti almaq istəyir: “Bizə uzunmüddətli, hüquqi cəhətdən məcburi zəmanət lazımdır. Ancaq siz və mən çox yaxşı bilirik ki, buna etibar etmək olmaz - heç bir hüquqi təminata. Çünki ABŞ bu və ya digər səbəbdən onun üçün maraqsız olan bütün beynəlxalq müqavilələrdən asanlıqla çıxır. Asanlıqla!”