0
Tuesday 21 December 2021 - 21:46

Sabiq İsrail generalı: Minlərlə raket Tel-Əvivin axmaqlığı intizarındadır

Story Code : 969633
Sabiq İsrail generalı: Minlərlə raket Tel-Əvivin axmaqlığı intizarındadır
Press TV-nin məlumatına görə, işğalçı İsrailin sabiq generallarından olan İsak Brik xəbərdarlıq edib ki, İsrail ordusu məntəqədə yeni müharibəyə hazır deyil. Çünki Suriya, Yəmən, İraq və Qəzza zolağındakı iranmeylli qüvvələr eyni zamanda İsraili raketlərlə hədəf alacaqlar.

O əlavə edib ki, bu müharibə bir neçə cəbhədə aparıla bilər və biz buna hazır deyilik.

General Brik deyib: “Yeni müharibə bizi illər öncəyə aparacaq. Əvvəlki müharibələr zamanı keçdiyimiz çətinliklər gələcək qarşıdurmanın (İranla müharibənin) nəticələrinin yanında bir heç kimi görünəcək!"