QR CodeQR Code

Fələstin Müqaviməti: İntifazə və inqilab yeganə çıxış yoludur!

إسلام تايمز , 21 Dec 2021 22:31

İslamTimes: Fələstin müqavimət qrupları bildiriblər ki, sionist rejim həbsxanalarının rəhbərlərinin fələstinli qadın və kişi məhbuslara qarşı cinayətləri və təcavüzləri onların iradə və əzmlərini qıra bilməyəcək.


"Shahab" ​​Xəbər Agentliyi Müqavimət qruplarının bəyanatına istinadən xəbər verib ki, sionist rejim öz zindanlarında baş verən hadisələrə görə məsuliyyət daşıyır və sionist rejimin həbsxana mühafizəçilərinə qarşı keçiriləcək əməliyyat sadəcə olaraq bu rejimin cinayətlərinə cavab hesab edilməlidir.

Müqavimət qrupları İordan çayının qərb sahili və Qüdsdəki əməliyyatlar zamanı şəhid olan üzvlərinin bu cəsur əməlinin əhəmiyyətli olduğunu bildirib. Müqavimət bu əməliyyatların onların hələ də meydanda olduğunu və Fələstin gənclərinin hər zaman olduğu kimi inqilabçı olduğunu sübut etdiyini vurğulayıb.

Fələstinli qruplar Fələstin xalqını sionist düşmənlə qarşıdurmanı gücləndirməyə çağıraraq, intifazə və inqilabın yeganə çıxış yolu olduğunu vurğulayıblar.


Story Code: 969643

News Link :
https://www.islamtimes.org/az/news/969643/fələstin-müqaviməti-intifazə-və-inqilab-yeganə-çıxış-yoludur

Islam Times
  https://www.islamtimes.org