QR CodeQR Code

Saakaşvilinin tərəfdarları aclıq aksiyasına başlayıblar

22 Dec 2021 00:05

İslamTimes: Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları Tbilisidə kütləvi aclıq aksiyasına başlayıblar.


APA-nın yerli bürosu xəbər verir ki, partiyanın qərargahının qarşısında çadırlar quran aksiyaçılar həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilinin azadlığa buraxılmasını tələb edirlər. Hazırda ərazidə 4 çadırın qurulduğu bildirilir.

Qeyd edək ki, bu gün “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melia paytaxtın Rustaveli prospektində keçirilən mitinqdə bildirib ki, M. Saakaşvilinin azadlığa buraxılması tələbi ilə ən az 300 nəfər aclıq aksiyasına başlayacaq və aksiya tələb yerinə yetirilənədək davam etdiriləcək.


Story Code: 969658

News Link :
https://www.islamtimes.org/az/news/969658/saakaşvilinin-tərəfdarları-aclıq-aksiyasına-başlayıblar

Islam Times
  https://www.islamtimes.org