0
Wednesday 22 December 2021 - 01:00

Bayden Ağ Evdə “omikron”a yoluxmanın aşkarlandığını bildirib

Story Code : 969660
Bayden Ağ Evdə “omikron”a yoluxmanın aşkarlandığını bildirib
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden bildirib.

“Omikron” çox asanlıqla ötürülür, buna görə də tam peyvənd edilmiş insanların koronavirusa yoluxduğunu görürük", - Bayden xalqa müraciətində deyib.

O vurğulayıb ki, hər bir təşkilatda, hətta Ağ Evdə də “omikron”a qarşı peyvənd edilənlər arasında yoluxma halları var. Bayden çərşənbə axşamı bildirib ki, koronavirusun “omikron” ştamı ABŞ-da üstünlük təşkil edib.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.