QR CodeQR Code

Kadırov Dudayevə görə Türkiyəyə qəzəbləndi

22 Dec 2021 09:38

İslamTimes: Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyə hakimiyyətini Rusiyada cinayət törədən terrorçuları dəstəkləməkdə ittiham edib və Rusiya XİN-ni bu ölkəyə qarşı diplomatik tədbirlər görməyə çağırıb.


Axar.az xəbər verir ki, bu barədə o, rəsmi Teleqram kanalında yazıb.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da terrorçular barədə qərar vermək tələbi ilə müraciət edib:

“Ya siz terrorçuları açıq şəkildə dəstəkləyən dövlət statusu alacaqsınız, ya da Rusiyanın arxasından iş görməyən şəffaf və dürüst münasibətlərin tərəfdarı olacaqsınız”.

Kadırov qeyd edib ki, terrorçular Türkiyədə sığınacaq tapıb, açıq şəkildə tədbirlər keçirib, parka terrorçunun adının verilməsini istəyirlərsə, Çeçenistan da buna qarşılıq verə bilər:

“Məsələn, bu halda Kürdüstan Fəhlə Partiyasının (PKK terror təşkilatı - red) qurucusu, Türkiyədə həbs cəzası çəkən Abdulla Öcalanın adının Qroznıda əbədiləşdirilməsi bizim tərəfdən olduqca siyasi və məntiqli addım olardı”.

Qeyd edək ki, ötən həftə Türkiyənin Kocaeli şəhərində keçmiş çeçen komandir Cövhər Dudayevin adını daşıyan parkın açılışı olmuşdu.


Story Code: 969706

News Link :
https://www.islamtimes.org/az/news/969706/kadırov-dudayevə-görə-türkiyəyə-qəzəbləndi

Islam Times
  https://www.islamtimes.org