0
Wednesday 22 December 2021 - 13:34

İranın XİN başçısının Azərbaycana səfəri başlayıb

Story Code : 969730
İranın XİN başçısının Azərbaycana səfəri başlayıb
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana gəlib.

APA-nın xəbərinə görə, XİN başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

İranlı nazir Azərbaycan Prezidentinin qəbulunda olacaq, parlamentin spikeri, xarici işlər naziri və Baş nazirin müavini ilə görüşlər keçirəcək.