QR CodeQR Code

Lavrov: Vyana danışıqları bu ilin sonuna qədər bərpa olunacaq

إسلام تايمز , 22 Dec 2021 14:24

İslamTimes: Rusiya XİN rəhbəri Vyana danışıqlarının bu ilin sonuna qədər davam etdiriləcəyini bildirib.


Fars Xəbər Agentliyinin məlumatına görə, daha öncə Avropa və İrandakı mənbələr İranla 4+1 arasında HBFP sazişinin bərpası ilə bağlı danışıqların yeni il tətilindən sonra davam etdiriləcəyini ehtimal versələr də, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyana danışıqlarının bu ilin sonuna qədər yenidən təşkil ediləcəyini söyləyib.

Lavrov “Russia Today” telekanalına müsahibəsində 2021-ci ilin sonunadək Vyanada İran və 4+1 qrupu arasında danışıqların yeni mərhələsinin başlayacağını və HBFP sazişini bərpa etmək üçün yaxşı fürsət yarandığını bildirib.

Qeyd edək ki, rəsmi Tehran razılaşmalarda qeyd olunan öhdəliklərə tam şəkildə qayıtmağa hazır olduğunu bildirib. ABŞ isə sanksiyaları bir dəfəyə deyil, pilləli şəkildə aradan qaldırmaq üçün İranı razı salmağa çalışır.


Story Code: 969732

News Link :
https://www.islamtimes.org/az/news/969732/lavrov-vyana-danışıqları-bu-ilin-sonuna-qədər-bərpa-olunacaq

Islam Times
  https://www.islamtimes.org