QR CodeQR Code

İsrail KİV-i: Bayden bir neçə həftə Bennetin telefon zənginə cavab verməyib

إسلام تايمز , 22 Dec 2021 14:41

İslamTimes: Sionist rejim "Kanal 13" şəbəkəsi iddia edib ki, işğalçı İsrail rejiminin baş naziri Naftali Bennet ABŞ prezidenti Co Baydenlə əlaqə saxlamağa cəhd etsə də, Bayden bir neçə həftə, Bennetin telefon zənglərinə cavab verməyib.


Sionist rejimin “The Jerusalem Post” qəzetinin məlumatına görə, Co Bayden və Bennet avqustun sonlarında Ağ Evdə bir araya gəldikdən sonra, bu günədək bir daha əlaqə saxlamayıblar.

“Jerusalem Post” qəzeti əlavə edib ki, dekabrın əvvəlində ABŞ dövlət katibi Entoni Blinken işğalçı İsrailin baş naziri ilə, iki həftə öncə isə sionist rejimin müdafiə naziri Benni Qantz Vaşinqtonda Blinkenlə görüşüb. İsrailin xarici işlər naziri Yair Lapid də oktyabr ayında ABŞ-ın paytaxtında Blinkenlə bir araya gəlib. Amma bütün bunlara baxmayaraq, Co Bayden İsrail rəsmiləri ilə görüş və ya telefon bağlantısı yaratmaqdan imtina edir.


Story Code: 969734

News Link :
https://www.islamtimes.org/az/news/969734/israil-kiv-i-bayden-bir-neçə-həftə-bennetin-telefon-zənginə-cavab-verməyib

Islam Times
  https://www.islamtimes.org