0
Wednesday 22 December 2021 - 15:00

Məhəmməd Əli əl-Husi: Səna hava limanının bombalanması Yəmənə qarşı terrordur

Story Code : 969736
Məhəmməd Əli əl-Husi: Səna hava limanının bombalanması Yəmənə qarşı terrordur
Əl-Husi yazıb: “Səna hava limanına hücum göstərir ki, ABŞ-Britaniya-BƏƏ təcavüzkar koalisiyası və onların müttəfiqlərinin sülhlə bağlı bəyanatları cəfəngiyyatdır. Bu hücumlar Yəmənə qarşı mühasirəni daha da gücləndirir. Təcavüzkar koalisiya mülki obyektləri hədəfə alır və bu hərbi cinayətidir!”

O əlavə edib: "Xəstələr və mülki insanların daşınması üçün istifadə edilən hava limanına edilən çoxsaylı hücumlar əslində Yəmən xalqına qarşı terror aktıdır!”

Səna hava limanı rəsmisi ötən gün bildirib ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumları səbəbindən BMT-nin Yəmən istiqamətində humanitar yardım məqsədilə planlanan uçuşları dayandırılıb.