0
Thursday 23 December 2021 - 00:21

İran XİN başçısı: “Biz Azərbaycanı ən yaxın və yaxşı qonşularımızdan biri hesab edirik”

Story Code : 969828
İran XİN başçısı: “Biz Azərbaycanı ən yaxın və yaxşı qonşularımızdan biri hesab edirik”
APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian xarici işlər naziri Ceyhun Bayramovla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Mən Azərbaycanı öz torpaqlarını işğaldan azad etməsi münasibətilə təbrik edirəm. Biz Azərbaycanı ən yaxın və yaxşı qonşularımızdan biri hesab edirik. Prezidentimizin əsas prioriteti qonşu ölkələrlə münasibətlərdir ki, Azərbaycanın da burada xüsusi yeri var. Biz xalqlarımızın rifahı üçün addımlar atacağıq”, deyə iranlı nazir bildirib.