0
Thursday 23 December 2021 - 01:04

Lavrentyev açıqladı: Şişani öldürüldü

Story Code : 969829
Lavrentyev açıqladı: Şişani öldürüldü
Bu barədə Rusiya prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev açıqlama verib.

“Bu yaxınlarda Rusiya Aerokosmik Qüvvələri “Cund əş-Şam” qruplaşmasının liderlərindən biri Əş-Şişani Marqoşvilini məhv etməyə müvəffəq olub”, - diplomat bildirib.

Məlumata görə, Rusiya Aerokosmik Qüvvələri dekabrın 11-də əl-Şişaninin Cisr əş-Şuğur yaxınlığındakı evinə hava zərbəsi endirib.

Oktyabr ayında Marqoşvili ilə “Heyət Təhrir Əş-Şam” qruplaşmasının yaraqlıları arasındakı qarşıdurmanın kəskin fazaya keçdiyi bildirilmişdi. Çeçen silahlı liderinin məğlub edildiyi iddia edilir.

Maqoşvili 1990-cı illərin sonunda Marqoşvili Çeçenistan və Dağıstanda Rusiya ordusuna qarşı döyüşən Xəttabın dəstəsinə qoşulub. Bəzi məlumatlara görə, o, İnquşların Qalaşki kəndi yaxınlığında gedən döyüşdə iştirak edib, nəticədə 12 rus zabiti və əsgərini öldürüb. 2008-ci ildən Suriyada müharibə başlayana qədər Dağıstanda olub. 2008-ci ilə qədər bir neçə il Gürcüstanda yaşayıb. Rusiyada iki illik həbsdən sonra ora getmişdi. /Teleqraf/