0
Thursday 23 December 2021 - 08:42

Borrel Blinkenlə Rusiyanın təkliflərini müzakirə etdi

Story Code : 969870
Borrel Blinkenlə Rusiyanın təkliflərini müzakirə etdi
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətindən bildiriblər.

"Dövlət katibi E.Blinken və ali mümayəndə J.Borrel Rusiya Federasiyasının Avropada təhlükəsizliklə bağlı mümkün razılaşmalara dair fikirlərini əks etdirən və keçən həftə Rusiya tərəfindən təqdim edilən təklifləri nəzərə aldılar... Onlar razılaşdılar ki, Avropa təhlükəsizliyi ilə bağlı istənilən müzakirələr yalnız Aİ-nin iştirakı və onunla koordinasiya şəraitində mümkündür", - deyə məlumatda bildirilir.