0
Thursday 23 December 2021 - 09:10

ÜST koronavirusun endemik olacağını istisna etmir

Story Code : 969871
ÜST koronavirusun endemik olacağını istisna etmir
APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove brifinqdə deyib.

ÜST rəsmisinin sözlərinə görə, mövsümi dəyişikliklər ola bilər, amma bu o demək deyil ki, daha az təhlükəli olacaq, yayılma tempi zəifləyəcək: "Koronavirusun aqressivliyi nə qədər azalacaq, açığını deyim ki, hələ öyrənməliyik. Pandemiyanın sonuna keçid tədricən olacaq. Hazırda pandemiyanın ortasındayıq, virus hər şəraitdə yayılır və biz onun inkişaf mərhələlərini gözləyirik”.

Ekspert əlavə edib ki, bu şəraitdə peyvənd xüsusi əhəmiyyət kəsb edir ki, bu da ən azı ağırlaşmaların və ölüm hallarının sayını azaldır.