0
Thursday 23 December 2021 - 10:20

İraq bütün əcnəbi döyüş qüvvələrinin ölkə ərazisini tərk etdiyini bildirib

Story Code : 969884
İraq bütün əcnəbi döyüş qüvvələrinin ölkə ərazisini tərk etdiyini bildirib
SalamNews İraqın dövlət xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bəyanat verib.

İraq Ordusunun Birgə Əməliyyatlar Komandanlığı elan edib ki, artıq ölkədə digər dövlətlərin hərbi-döyüş qüvvələri qalmayıb.

Əlavə edilib ki, ölkədə digər dövlətlərin yalnız məhdud sayda hərbi müşavir və məsləhətçiləri qalıb.

İraq Ordusu ötən gün elan edib ki, ABŞ qüvvələrinin nəzarətində olan Eynul-Əsəd bazası və həmçinin Ərbildə əl-Hərir bazası artıq yerli qüvvələrin nəzarətindədir.

Xatırladaq ki, ABŞ 2020-ci ilin yanvar ayında Qasim Süleymanini və Əbu-Mehdi əl-Mühəndisi terror etdikdən sonra İraq Parlamenti əcnəbi qüvvələrin ölkədən çıxmasına səs vermişdi.