0
Thursday 23 December 2021 - 10:44

Bayden: Tramp gəlsə, mənim namizəd olmaq ehtimalım artacaq

Story Code : 969897
Bayden: Tramp gəlsə, mənim namizəd olmaq ehtimalım artacaq
ABŞ prezidenti Co Bayden "ABC News"-a eksklüziv müsahibə verib və daxili və xarici məsələlərlə bağlı sualları cavablandırıb.

Kanalın müxbiri David Muir müsahibəsində 79 yaşlı Co Baydendən 2024-cü ildə keçiriləcək prezident seçkiləri və Donald Trampla yenidən rəqabətə girərək namizəd olmaq ehtimalı barədə nə düşündüyünü soruşub.

2020-ci il seçkilərində o zamankı prezident Donald Trampı mübahisəli seçkilərdə məğlub etməyi bacaran Co bayden Bildirib ki, əgər Tramp namizəd olsa, onun da 2024-cü il seçkilərinə qatılma ehtimalı artacaq.

Qeyd edək ki, Tramp və tərəfdarları dəfələrlə demokratların seçkiləri “geniş fırıldaqçılıqla” qazandığını iddia edib.