0
Thursday 23 December 2021 - 10:58

Səudiyyə rejimindən daha bir cinayət - Yəmənin paytaxtı bombalandı

Story Code : 969900
Səudiyyə rejimindən daha bir cinayət - Yəmənin paytaxtı bombalandı
Əl-Məsirə müxbirinin verdiyi məlumata görə, təcavüzkar Səudiyyə-Amerika koalisiyası qırıcıları bu gün gecə yarısı Sənanın Əl-Səbain bölgəsində mülki əhalinin yaşadığı məntəqələrə azı üç dəfə hücum ediblər.

Bu hücumda Səudiyyə qırıcıları Əl-Misbahi dörd yol kəsişməsindəki Əl-Səbain körpüsünü hədəf alıblar.

"Əl-Cəzirə" telekanalı isə bu hücumla bağlı məlumat yayaraq iddia edib ki, Səudiyyə koalisiyasının hücumları zamanı Sənanın cənubundakı mərkəzi təhlükəsizlik qarnizonu hədəf alınıb.

"Əl-Məsirə" bildirib ki, səudiyyəlilərin hərbi obyektlərin hədəfə alınması ilə bağlı iddiasının əksinə olaraq, Sənanın əs-Səbain yaşayış məntəqəsində vətəndaşların evlərinə zərbə endirilib. Gecə yarı hücuma məruz qalan dinc sakinlər təşviş içində evlərini tərk ediblər.