QR CodeQR Code

İran: "1 xal verib 10 xal almaq istəsələr, biz əsla bunu qəbul etməyəcəyik!"

إسلام تايمز , 23 Dec 2021 18:15

İslamTimes: "Vyanadakı danışıqlarda razılaşdırılmalı olan sənəd HBFP sazişində iştirak edən bütün tərəflərin öhdəliklərini yerinə yetirməsindən ibarətdir."


İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün İraq XİN başçısı ilə görüş sonrası mətbuat konfransında iştirak edib. İran rəsmisi HBFP sazişi ilə bağlı Vyanada aparılan danışıqlar haqda sualları cavablandıran zaman bildirib ki, xüsusi ilə Fransa nümayəndəsinin danışıqlarda sərgilədiyi mövqe qurucu görünmür. Rəsmi Tehran ümid edir ki, 4+1 və İran arasında razılıq əldə edilməsi üçün Fransa da danışıqlar prosesində konstruktiv mövqe tutacaq.

İran XİN başçısı ABŞ-ın da müzakirələr zamanı şifahi şəkildə bəzi mesajlar ötürdüyünü və mesajlarına cavab aldığını söyləyib.

Əmir Abdullahiyan əlavə edib: "Qarşı tərəflər şübhə etməməlidirlər ki, əgər bir xal verib 10 xal almaq istəsələr, İran İslam Respublikası heç vaxt bu üsulu qəbul etməyəcək! Bu danışıqlarda razılaşdırılmalı olan sənəd HBFP sazişində iştirak edən bütün tərəflərin öhdəliklərini yerinə yetirməsindən ibarətdir."


Story Code: 969953

News Link :
https://www.islamtimes.org/az/news/969953/iran-1-xal-verib-10-almaq-istəsələr-biz-əsla-bunu-qəbul-etməyəcəyik

Islam Times
  https://www.islamtimes.org