0
Saturday 25 December 2021 - 01:12

İsrail işğalçılıq siyasətini davam etdirir!

Story Code : 970163
İsrail işğalçılıq siyasətini davam etdirir!
İşğalçı İsrailin nazirlər kabineti gələn iclasını cari həftənin sonu işğal altında olan Colan Yüksəkliklərində keçirəcək və burada nəhəng layihə ilə bağlı qərar verəcək.

SalamNews xəbər verir ki, bu barədə İsrailin baş naziri Naftali Bennet tvitter səhifəsində yazıb.

Sionist rejimin baş naziri Naftali Bennet bu gün cümə yazıb ki, ölkəsi Colan təpələrində “tarix yazacaq.”

Bennet, İsrail hökumətinin “böyük inkişaf üçün tarixi planı təsdiqləmək istiqamətində bazar günü Colan Yüksəkliklərində bir araya gələcəklərini” yazıb.

Bununla kifayətlənməyən baş nazir Suriyanın işğal altındakı Colan Yüksəkliklərinin İsrailin bir hissəsi olduğunu iddia edərək, əlavə edib ki, “plan gözəl insanları ölkənin füsunkar bölgəsinə cəlb edəcək.”

“Esrael Hayom” qəzeti bu gün səhər İsrail hökumətinin bazar gününə planlaşdırılan növbəti həftəlik iclasının tarixdə üçüncü dəfə olaraq işğal altında olan Colanda keçiriləcəyini yazıb.