QR CodeQR Code

“Türkiyəyə qarşı ilkin şərt olmayacaq” - Paşinyan

25 Dec 2021 08:04

İslamTimes: “Ümid edirəm ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk görüşü ən qısa zamanda təyin olunacaq”.


Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn konfrans zamanı bildirib.

O əlavə edib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması ilkin şərt olmadan baş tutacaq.

Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi, ABŞ-dakı keçmiş səfir Sərdar Kılıç, Ermənistanda isə Milli Məclisinin sədr müavini Ruben Rubinyan təyin edilib.

 


Story Code: 970188

News Link :
https://www.islamtimes.org/az/news/970188/türkiyəyə-qarşı-ilkin-şərt-olmayacaq-paşinyan

Islam Times
  https://www.islamtimes.org