0
Saturday 25 December 2021 - 09:52

"Taliban" 1 900 nəfərə yaxın hərbçini ordu sıralarından azad edib

Story Code : 970196
"Taliban" 1 900 nəfərə yaxın hərbçini ordu sıralarından azad edib
"Report" xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Əlhanəfi Vardak tviter səhifəsində paylaşıb.

Ordu sıralarından azad edilən 1 895 hərbçinin xidmətə yararsız olduğu bildirilib. Onların arasında bir sıra əyalət liderləri və hərbi komandanlar var.

Qeyd edək ki, bu ay yeni Əfqanıstan ordusunun təşkili ilə məşğul olan xüsusi komitə yaradılıb. "Taliban"ın məlumatına görə, əvvəlki rejimdə xidmət edənlər də daxil olmaqla, azı 150 min döyüşçü yenilənmiş orduya cəlb ediləcək.