QR CodeQR Code

Səudiyyə rejimi növbəti dəfə Yəməndə mülki əhalini hədəf aldı

25 Dec 2021 10:09

İslamTimes: Səudiyyə Ərəbistanı koalisiyasının hərbi təyyarələri Yəmənin əl-Mihvit əyalətinə şiddətli hava zərbələri endirib. Bir ailənin üç üzvü ölüb və altısı yaralanıb.


SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyası ötən sutkada Yəmənin müxtəlif əyalətlərinə hava zərbələrini daha da artırıb.

Əl-Mihvit əyalətinə endirilən hava zərbələrində qadın və uşaqlar olmaqla bir ailənin üç üzvü ölüb və altısı yaralanıb.

Bu arada Səudiyyə Ərəbistanı koalisiyası Yəmənin əl-Mihvit əyalətində ballistik raketlərin saxlanıldığı mağaraları hədəfə aldığını iddia edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.


Story Code: 970199

News Link :
https://www.islamtimes.org/az/news/970199/səudiyyə-rejimi-növbəti-dəfə-yəməndə-mülki-əhalini-hədəf-aldı

Islam Times
  https://www.islamtimes.org