Səudiyyə rejimi növbəti dəfə Yəməndə mülki əhalini hədəf aldı
Story Code : 970199
SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyası ötən sutkada Yəmənin müxtəlif əyalətlərinə hava zərbələrini daha da artırıb.
Əl-Mihvit əyalətinə endirilən hava zərbələrində qadın və uşaqlar olmaqla bir ailənin üç üzvü ölüb və altısı yaralanıb.
Bu arada Səudiyyə Ərəbistanı koalisiyası Yəmənin əl-Mihvit əyalətində ballistik raketlərin saxlanıldığı mağaraları hədəfə aldığını iddia edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.