0
Saturday 25 December 2021 - 17:52

İran Omikrona görə quru sərhədlərini bağlayır

Story Code : 970261
İran Omikrona görə quru sərhədlərini bağlayır
APA-nın Tehran bürosunun məlumatına görə, bu haqda qərarı İranın Koronavirusla Mübarizə Qərargahı qəbul edib.

Bildirilib ki, İranın Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla quru sərhədləri bu gündən etibarən 15 gün müddətinə qapadılır.

Diqqətə çatdırılıb ki, pandemiya başlayandan bəri İranın Türkmənistanla quru sərhədləri bağlıdır.

Qadağa təhsil və ticarət (biznes) vizası olanlara, iş, müalicə və investisiya sənədləri olanlara şamil olunmur.