0
Saturday 25 December 2021 - 18:04

Husilər aviazərbələrə cavab olaraq Səudiyyə Ərəbistanına üç ballistik raket atdıqlarını bildiriblər

Story Code : 970263
Husilər aviazərbələrə cavab olaraq Səudiyyə Ərəbistanına üç ballistik raket atdıqlarını bildiriblər
SalamNews xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Səna şəhərində yerləşən “Yəmən Silahlı Qüvvələri”nin (husilər) sözçüsü Yəhya Səri tvitter səhifəsi vasitəsilə bəyanat verib.

Bildirilib ki, “hava zərbələrinə cavab olaraq Cizanda həssas obyektlər üç ədəd ballistik raketlə hədəfə alınıb.”

Husilərin sözçüsü bildirib ki, bu atışlar Səudiyyə Ərəbistanı koalisiyasının Yəmənin şəhərlərini bombalamasına bir cavabdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası Cizana atılan ballistik raketlər nəticəsində iki nəfərin öldüyünü bildirib.

Ötən gecə Yəmənin əl-Mihvit əyalətinə endirilən hava zərbələrində bir ailənin üç üzvü həyatını itirmiş və altı nəfər yaralanmışdı. Ölənlər iki uşaq və bir anadan ibarətdir.