QR CodeQR Code

Husilər aviazərbələrə cavab olaraq Səudiyyə Ərəbistanına üç ballistik raket atdıqlarını bildiriblər

25 Dec 2021 18:04

İslamTimes: Husilər Səudiyyə Ərəbistanın Cizan əyalətində həssas obyektləri üç ballistik raketlə hədəfə aldıqlarını bildiriblər.


SalamNews xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Səna şəhərində yerləşən “Yəmən Silahlı Qüvvələri”nin (husilər) sözçüsü Yəhya Səri tvitter səhifəsi vasitəsilə bəyanat verib.

Bildirilib ki, “hava zərbələrinə cavab olaraq Cizanda həssas obyektlər üç ədəd ballistik raketlə hədəfə alınıb.”

Husilərin sözçüsü bildirib ki, bu atışlar Səudiyyə Ərəbistanı koalisiyasının Yəmənin şəhərlərini bombalamasına bir cavabdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası Cizana atılan ballistik raketlər nəticəsində iki nəfərin öldüyünü bildirib.

Ötən gecə Yəmənin əl-Mihvit əyalətinə endirilən hava zərbələrində bir ailənin üç üzvü həyatını itirmiş və altı nəfər yaralanmışdı. Ölənlər iki uşaq və bir anadan ibarətdir.


Story Code: 970263

News Link :
https://www.islamtimes.org/az/news/970263/husilər-aviazərbələrə-cavab-olaraq-səudiyyə-ərəbistanına-üç-ballistik-raket-atdıqlarını-bildiriblər

Islam Times
  https://www.islamtimes.org