0
Saturday 25 December 2021 - 20:41

Tel-Əvivin BMT-də məğlubiyyəti onun cinayətlərinin nəticəsidir

Story Code : 970290
Tel-Əvivin BMT-də məğlubiyyəti onun cinayətlərinin nəticəsidir
Fələstinin "Sənəd" informasiya agentliyinin internet səhifəsinin verdiyi məlumata görə, Fələstin İslami Cihad Hərəkatının yüksək rütbəli rəsmisi Əhməd əl-Mədlul deyib ki, işğalçı İsrailin BMT Baş Assambleyasında məğlubiyyəti bu qəsbkar rejimin bütün dünyanın gözü önündə törətdiyi dəhşətli cinayətlərin təbii nəticəsidir.

Əhməd əl-Mədlul deyib: "Baş verənlər Fələstin xalqının varlığının nəyə qadir olduğunun göstəricisidir. Fələstin xalqı beynəlxalq müqavilələrdə və qanunlarda qeyd olunan hüquqlarının bərpa edilməsi yolunda mübarizdən əl çəkməyən bir xalqdır!

O əlavə edib ki, işğalçı İsrail rejimi artıq beynəlxalq müstəvidə bu rejim haqda olan fikiri saxtalaşdıra bilməz. Sionist rejim artıq anlayıb ki, Fələstin torpağı işğal altında saxlandıqca dünyada sabitlik olmayacaq!"