QR CodeQR Code

Dünyada 6 minə yaxın aviareys ləğv olundu

26 Dec 2021 00:04

İslamTimes: Dünya aviaşirkətləri işçilərin koronavirusun Omikron ştammına yoluxma hallarının artması fonunda Milad bayramı günlərində 5,7 minə yaxın uçuşu ləğv edib.


Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata əsasən, ABŞ-da 24, 25 və 26 dekabr tarixləri üçün aviaşirkətlər uçuşlarının sayını 1,7 min azaldıblar.

Bildirilib ki, yoluxmaların artmasına baxmayaraq, milyonlarla insanın hələ də səyahət etməsi aviaşirkətlərə çətinlik yaradır.

Qeyd edək ki, ötən günə qədər dünya aviaşirkətlərinin ləğv etdiyi reyslərin sayı 2028 idi.


Story Code: 970317

News Link :
https://www.islamtimes.org/az/news/970317/dünyada-6-minə-yaxın-aviareys-ləğv-olundu

Islam Times
  https://www.islamtimes.org