QR CodeQR Code

Sionist rejimdə "omikron" ştammına yoluxanların sayı min nəfəri keçdi

26 Dec 2021 11:26

İslamTimes: İşğalçı İsrail rejimində "omikron" ştammına yoluxanların sayı min nəfəri keçdi


İşğal olunmuş Fələstin ərazisində son sutka ərzində koronavirusun yeni "omikron" ştammına 591 yoluxma halı qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə sionist rejimin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusun sözügedən ştammına yoluxma hallarının sayı 1 118-ə çatıb.

Bildirilir ki, yoluxma qeydə alınan 1 118 nəfərdən 723-ü müxtəlif ölkələrdən sionist rejimə qayıdanlardır.

Qeyd edilir ki, ümumilkdə ötən gün ölkədə koronavirusa 1 775 yoluxma halı qeydə alınıb. Hazırkı dövrədək koronavirusa yoluxanların sayı 1 363 577, koronavirusdan ölənlərin sayı isə 8 241 nəfər təşkil edir.

 


Story Code: 970380

News Link :
https://www.islamtimes.org/az/news/970380/sionist-rejimdə-omikron-ştammına-yoluxanların-sayı-min-nəfəri-keçdi

Islam Times
  https://www.islamtimes.org