0
Sunday 26 December 2021 - 11:26

Sionist rejimdə "omikron" ştammına yoluxanların sayı min nəfəri keçdi

Story Code : 970380
Sionist rejimdə "omikron" ştammına yoluxanların sayı min nəfəri keçdi
İşğal olunmuş Fələstin ərazisində son sutka ərzində koronavirusun yeni "omikron" ştammına 591 yoluxma halı qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə sionist rejimin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusun sözügedən ştammına yoluxma hallarının sayı 1 118-ə çatıb.

Bildirilir ki, yoluxma qeydə alınan 1 118 nəfərdən 723-ü müxtəlif ölkələrdən sionist rejimə qayıdanlardır.

Qeyd edilir ki, ümumilkdə ötən gün ölkədə koronavirusa 1 775 yoluxma halı qeydə alınıb. Hazırkı dövrədək koronavirusa yoluxanların sayı 1 363 577, koronavirusdan ölənlərin sayı isə 8 241 nəfər təşkil edir.