QR CodeQR Code

Sionistlərlə toqquşma zamanı 135 fələstinli yaralanıb

إسلام تايمز , 26 Dec 2021 13:05

İslamTimes: Fələstinin səhiyyə xidmətindəki mənbələr İordan çayının qərb sahilində fələstinlilərlə cinayətkar sionist hərbçilər arasında baş verən son toqquşmalarda yaralananların sayının artdığını bildirib


Fələstin Qızıl Aypara Cəmiyyəti bazar günü səhər elan edib ki, şənbə günü Nablusda işğalçı İsrail qüvvələri ilə toqquşmalarda ən azı 135 fələstinli yaralanıb.

Sputnik xəbər agentliyinin Qızıl Aypara Cəmiyyətinə istinadən verdiyi xəbərə görə, işğal altındakı Qüdsün şimalındakı Nablus şəhəri yaxınlığında baş verən toqquşmalar zamanı 5 nəfər güllələnib, 35 nəfər rezin güllələrin hədəfi olub, 95 nəfər isə gözyaşardıcı qazın təsirindən yaralanıb.

Nablusun Bərqa qəsəbəsində ötən gündən etibarən sionist mühacirlərin hücumlarına və onların bu ərazidəki qeyri-qanuni yaşayış massivləri inşa etməsinə qarşı etiraz aksiyaları start götürüb.


Story Code: 970401

News Link :
https://www.islamtimes.org/az/news/970401/sionistlərlə-toqquşma-zamanı-135-fələstinli-yaralanıb

Islam Times
  https://www.islamtimes.org