0
Sunday 26 December 2021 - 16:04

Amerikadan Səudiyyə rejiminin ballistik raket proqramına etiraz

Story Code : 970414
Amerikadan Səudiyyə rejiminin ballistik raket proqramına etiraz
Demokrat senator Edvard Markey Səudiyyə Ərəbistanının ballistik raket proqramının nəticələrinə gör narahat olduğunu bildirib.

"NewsWeek" nəşriyyəsinin yazdığına görə, Markey Tvitter hesabında yazıb: "Çinin Səudiyyə Ərəbistanının ballistik raket proqramına yardım etdiyinə dair xəbərlər dərin narahatlıq doğurur. Amma biz bu xəbərə görə təəccüblənmirik".

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi və Qərbi Asiya üzrə Komitənin üzvü əlavə edib: “Konqres Səudiyyə Ərəbistanının kütləvi qırğın silahlarına yiyələnməsinə qarşı təqdim etdiyim layihəni qəbul etməlidir. Bu kayihə Səudiyyə Ərəbistanının qeyri-qanuni silah proqramının qarşısını almaq üçün vacibdir. Çünki onların bu silahları istehsal etməsi regionda silah istehsalı ilə bağlı rəqabəti alovlandıra bilər”.