0
Monday 27 December 2021 - 01:37

Kadırovdan: Ukraynanı işğal edə bilərdim

Story Code : 970460
Kadırovdan: Ukraynanı işğal edə bilərdim
Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

"Mən əminəm ki, əgər cənab Zelenski və onun komandası belə davranarsa, o zaman Ukrayna ölkəmizə birləşdirilməlidir. Ukraynalılar bizim xalqımızdır, bura bizim ərazimizdir. Bu, mənim fikrimdir", - Kadırov bildirib.

O, Ukrayna problemini özü həll etməyə hazır olduğunu da bildirib:

"Mənə göstəriş verilsəydi, bu məsələni çoxdan həll edərdim. Ya Çeçenistanı Ukraynaya birləşdirərdim, ya da çoxdan Ukraynanı götürərdim, məsələni orada həll edərdim. Amma hökumətin sazişləri var ki, belə qərarların qəbuluna imkan vermir”, - deyə Çeçenistan rəhbəri qeyd edib.