0
Monday 27 December 2021 - 10:46

ABŞ və Rusiya dünyanı bölmək istəyir?

Story Code : 970516
ABŞ və Rusiya dünyanı bölmək istəyir?
Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk deyib.

Onun sözlərinə görə, Kremlin əsas məqsədi Qərb ölkələrini, ilk növbədə ABŞ-ı Ukrayna ərazisinə buraxmamaqdır:

“Putin dünyanı bölməyi təklif edir. ABŞ-dakı o şəxslər (Rusiyaya güzəştə getmək istəyənlər - red.) də deyirlər: gəlin belə edək, bura sizin, bura da bizim ərazimizdir”.

Zaqorodnyuk vurğulayıb ki, "qırmızı xətlər" daha da dərinləşsə, bu, Rusiyanın Ukrayna ilə bağlı yeni tələblər irəli sürməsinə gətirib çıxaracaq:

"Rusiya Ukraynanı "İkinci Belarus"a çevirmək istəyir".