0
Monday 27 December 2021 - 11:30

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda heç bir hərbi-döyüş qüvvələrinin qalmadığını bildirib

Story Code : 970523
ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda heç bir hərbi-döyüş qüvvələrinin qalmadığını bildirib
SalamNews xəbər verir ki, bu barədə ABŞ-ın rəhbərlik etdiyi “İŞİD-ə qarşı koalisiya” rəsmi tvitter səhifəsi üzərindən bəyanat verib.

Bildirilib ki, cari dekabr ayının əvvəlindən bütün hərbi-döyüş qüvvələri İraqdan çıxarılıb.

Bundan öncə İraq Ordusunun Birgə Əməliyyatlar Komandanlığı elan edib ki, artıq ölkədə digər dövlətlərin hərbi-döyüş qüvvələri qalmayıb.

İraq Ordusu əlavə edib ki, ölkədə digər dövlətlərin yalnız məhdud sayda hərbi müşavir və məsləhətçiləri qalıb.

Xatırladaq ki, ABŞ 2020-ci ilin yanvar ayında Qasim Süleymanini və Əbu-Mehdi əl-Mühəndisi terror etdikdən sonra İraq Parlamenti əcnəbi qüvvələrin ölkədən çıxmasına səs vermişdi.