0
Monday 27 December 2021 - 11:54

Tramp 20 il həbs edilə bilər

Story Code : 970529
Tramp 20 il həbs edilə bilər
Donald Trampın tərəfdarlarının ötən il elə məhz Trampın çağırışından sonra seçkilərin nəticəsinə etiraz olaraq yanvarın 6-da Konqres binasına hücumunu araşdıran Konqresin İstintaq Komitəsi keçmiş prezidentin Konqresə hücumla bağlı təhqiqatlara mane olduğu qənaətinə gəlsə, Donald Tramp 20 il həbs cəzası ala bilər.

Məlumata görə, Tramp tərəfdarlarının yanvarın 6-da Konqresə hücum çəkmələrini araşdıran komitənin üzvlərindən ikisi respublikaçı, yeddisi demokratdır.

Konqresə yaxınlığı ilə tanınan məşhur "The Hill" xəbər saytı yazıb ki, Əgər Donald Trampın bu qanun pozuntusunun araşdırılmasına mane olması sübuta yetirilsə onu 20 il həbs cəzası gözləyir.

Qeyd edək ki, daha öncə Federal məhkəmə Trampın yanvarın 6-da Konqres binasına hücumla bağlı Ağ Evdəki sənədlərin yayılmasının qarşısını almaq tələbini rədd edib.