QR CodeQR Code

Maduro: Tanrıya şükürlər olsun ki, General Süleymanini tanıya bilmişəm

إسلام تايمز , 27 Dec 2021 12:50

İslamTimes: Venesuela prezidenti son müsahibəsində Venesuelaya səfəri zamanı general Süleymaninin necə şəxsiyyəti sahib olduğunu öyrəndiyindən danışıb.


Venesuela prezidenti Nikolas Maduro son müsahibəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin şəhid komandanı general Süleymani haqda danışıb. Maduro Qasim Süleymaninin cinayətkar Amerika qüvvələri tərəfindən şəhid edilməzdən bir müddət öncə Venesuelaya səfər etdiyini bildirib. O general Süleymaninin necə ali bir şəxsiyyəti sahib olduğundan bəhs edib və onunla tanış olmaq şansına sahib olduğu üçün məmnunluğunu ifadə edib.

Nikolas Maduro “Əl-Mayadin”ə eksklüziv müsahibəsində bildirib ki, Venesuela xalqı Venesuelanı öz mülkü hesab edən və müstəmləkəçi bir şəkildə bu ölkəyə prezident təyin etməyə çalışan imperializmə qarşı daim müqavimət götərib!

Maduro deyib: "Biz ABŞ imperializmi və onun dünyadakı müttəfiqləri tərəfindən daim hücuma məruz qalan bir xalqıq. 2021-ci il Venesuela iqtisadiyyatında ciddi dirçəliş oldu. ABŞ-ın amansız sanksiyalar tətbiq etməsindən sonra ilk dəfə iqtisadiyyatımızda müsbət irəliləmə baş verdi. Bu davamlı fəaliyyətlərimizin səmərəsidir!"


Story Code: 970534

News Link :
https://www.islamtimes.org/az/news/970534/maduro-tanrıya-şükürlər-olsun-ki-general-süleymanini-tanıya-bilmişəm

Islam Times
  https://www.islamtimes.org