QR CodeQR Code

Çindən böyük kəşf: nefti parçalayan bakteriya...

28 Dec 2021 08:50

İslamTimes: Çinin şərqindəki Şenqli neft hövzəsi bölgəsində aparılan araşdırmalar nəticəsində xam nefti parçalaya bilən bakteriya aşkar edilib.


Axar.az xəbər verir ki, mütəxəssislər bu bakteriyanın kosmik yanacaq xərclərini minimuma endirərək yüksək miqdarda metan istehsal edə biləcəyini düşünür.

Çin alimləri təcrübələr zamanı müşahidə ediblər ki, bakteriyalar hətta ən mürəkkəb karbohidrogenləri də parçalaya bilir. Tədqiqatçılar bunun böyük miqyasda metan istehsal etməyə imkan verəcək kəşf olduğunu bildiriblər.

Məlum olub ki, bu bakteriya planetin hər yerində, hətta okeanların dərinliklərində də var.


Story Code: 970689

News Link :
https://www.islamtimes.org/az/news/970689/çindən-böyük-kəşf-nefti-parçalayan-bakteriya

Islam Times
  https://www.islamtimes.org