QR CodeQR Code

Jirinovski Ukraynanı Yeni il gecəsi bombalamağa çağırdı

28 Dec 2021 10:29

İslamTimes: Rusiyada LDPR lideri Vladimir Jirinovski Birinci kanalın efirində çıxışı zamanı Yeni il gecəsi Ukraynanı və Qərb ölkələrini bombalamağa çağırıb.


Rusiya KİV-lərinin xəbərlərinə görə Jirinovski bildirib: “Onları dekabrın 31-dən yanvarın 1-nə keçən gecə sadəcə olaraq darmadağın etmək lazımdır. Səhər saat 4-də, 5-də. Hamısını bombalamaq vacib deyil! Amma seçimlə-onlardan kimisə qorxutmaq, kimisə cəzalandırmaq lazımdır”.

Jirinovski əlavə edib ki, o özü prezident olsaydı belə əmr verərdi.


Story Code: 970695

News Link :
https://www.islamtimes.org/az/news/970695/jirinovski-ukraynanı-yeni-il-gecəsi-bombalamağa-çağırdı

Islam Times
  https://www.islamtimes.org