0
Tuesday 28 December 2021 - 10:00

Avropa İttifaqı rəsmiləri İranla nüvə razılaşmasının bir neçə həftəyə əldə ediləcəyinə ümidvardırlar

Story Code : 970712
Avropa İttifaqı rəsmiləri İranla nüvə razılaşmasının bir neçə həftəyə əldə ediləcəyinə ümidvardırlar
SalamNews xarici mətbuata istinadla xəbər verir ki, bunu Aİ-nin Vyana danışıqları üzrə koordinatoru Enrike Mora deyib.

O, İranla nüvə sazişinin bərpasına dair razılaşmanın bir neçə həftə ərzində əldə ediləcəyinin göznəlidiyini bildirib.

E.Mora, nüvə sazişinin bərpasına dair Vyana danışıqlarının səkkizinci turu çərçivəsində keçirilən ilk iclasın başa çatmasından sonra mətbuata verdiyi açıqlamasında bildirib ki, iştirakçı tərəflər İrana qarşı sanksiyaları ləğv etmək üçün çalışırlar. O əlavə edib ki, bu addımlar İranın müqavilə çərçivəsində öhdəliklərinə sadiqliyini müəyyənləşdirməklə paralel olaraq atılır.

"Bu günlərdə və bu həftələrdə çox çalışsaq, yaxşı nəticə əldə edəcəyik", - deyə Aİ rəsmisi vurğulayıb.